"Sumqayıt şəhəri ölkəmizin qeyri-neft ixracındakı payını artırır".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən seçilən deputatı Emin Hacıyev Trend-ə müsahibəsi zamanı bildirib.
Müsahibəni təqdim edirik:
- Emin müəllim, pandemiyanın və dünya neft bazarındakı məlum qiymət anti-rekordunun Azərbaycan iqtisadiyyatına təsirləri, sizcə, hansı miqyasda ola bilər?
- Şübhəsiz qlobal iqtisadiyyatın bir parçası olaraq dünyada baş verən proseslərin ölkəmizə də təsirləri qaçılmazdır. Pandemiya bütün dünya ölkələri, beyin və tibb mərkəzləri, dünya neft bazarındakı dalğalanma isə neft ixrac edən ölkələr qarşısında yeni çağırışlar yaradıb. Neftin qiymətində kəskin eniş bir neçə il öncə də baş verib və Azərbaycan strateji qərar qəbul edərək ölkə iqtisadiyyatının diversifikasiyasına gedib, bu istiqamətdə mühüm nəticələr əldə edib. Son illər ardıcıl olaraq ÜDM-də qeyri-neft sektorunun payı artmaqda davam edir. 2019-cu ildə qeyri-neft sektorunda ümumi daxili məhsulun real artımı 3,5 faiz təşkil edib. Cari ilin 3 ayında isə 23 faizlik artıma nail olunub. Bir faktı da deyim ki, ötən il toplanmış vergilərin 71 faizi qeyri-neft sektorunun payına düşüb".
- Qeyri-neft sektorunun icxracda payının artması yəqin ki, daha çox arzuolunandır.
- Bəli, bu, dövlət siyasətində priortet təşkil edir. Azərbaycan məhsullarının dünyaya çıxarılması, tanıdılması istiqamətində dövlət müxtəlif layihələr həyata keçirir, "Made in Azerbaijan" brendinin tanıdılması üçün marketinq-reklam addımları atır, sahibkarları təşviq edir, xarici ölkələrdə Azərbaycan Ticarət Evləri yaradılır və s. Nəticədə artım özünü ixracda da göstərir. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri 296 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur. Bu artım tendensiyası son illərdə ardıcıl olaraq nəzərə çarpır.
- Bu günlərdə Prezident İlham Əliyev Sumqayıtın qazla təchizatının yaxşılaşdırılması ilə bağlı xəttin açılışında iştirak etdi. Bu Sumqayıt üçün nə kimi əhəmiyyət kəsb edəcək?
- Bu gün Azərbaycan regionun yalnız siyasi-iqtisadi lideri və karbohidrogen resurslara malik ölkəsi kimi seçilmir, həm də kimya-sənaye mərkəzinə çevrilib. Bu mənada Sumqayıtın yeri xüsusilə qeyd olunmalıdır. Bu gün Sumqayıt Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Sumqayıt istənilən baxımdan regionun ən dinamik inkişaf edən, ən müasir şəhərlərindən birinə çevrilib. Dövlətimizin başçısı bu günlərdə Sumqayıta çəkilən magistral qaz kəmərinin açılışında iştirakı zamanı şəhərin inkişafı ilə bağlı bir neçə strateji məqama toxundu. Cənab Prezident qeyd etdi ki, şəhərin bir xəttin üzərində qidalanması müəyyən problemlər yarada bilərdi. İndi isə bu ikinci xətt həm artan tələbatı ödəyəcək, eyni zamanda, ikinci sığorta layihə kimi sumqayıtlıları təmin edəcək. Bu xətt Sumqayıtın sənaye müəssisələrini də qazla təchiz edəcək. Burda söhbət həm də bundan sonra şəhərdə yaradılacaq müəssisələrdən gedir.
Dövlət başçısının çıxışında Sumqayıtın inkişafı ilə bağlı gələcəyə dair mesajlar da əks olunub. Cənab Prezident görülən işlərlə maraqlandı, eyni zamanda bildirdi ki, biz Sumqayıtı daha müasir şəhərə çevirməliyik və əminəm ki, buna nail olacağıq. Dövlətimizin Sumqayıtın inkişafı ilə bağlı konsespsiyası xüsusilə üç istiqaməti özündə ehtiva edir: birincisi, şəhərin sənaye potensialının gücləndirilməsi, yeni müəssislərin qurulması, beləliklə, həm də iqtisadiyyatın qeyri-neft sahəsində şaxələndirməni davam etdirmək, ikincisi, iş yerlərinin yaradılması ilə sumqayıtlıların məşğulluq məsələlərini tam həll etmək və nəhayət, üçüncüsü, şəhərin infrastrukturunun müasirləşdirilməsi.
Sumqayıtda son illərdə qurulan polimer və karbomid zavodları yerli tələbatı ödəməklə yanaşı, ixracda əhəmiyyətli rola malikdir, eyni zamanda Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı və digər müəssisələr, həm də məşğulluq məsələsinin həlli deməkdir. Dövlətimizin başçısı bildirdi ki, biz şəhərin inkişafına kompleks şəkildə yanaşırıq və sənaye potensialının artırılması bundan sonra da davam edəcək. Ona görə ikinci qaz xəttinin istifadəyə verilməsi həm bu günün tələbatını ödəyir, həm də bundan sonra inşa ediləcək, yaradılacaq müəssisələrin potensialını nəzərdə tutur. Bu, o deməkdir ki, Sumqayıt sənaye şəhəri kimi regionun aparıcı mərkəzi mövqeyini gücləndirəcək və beləliklə, həm də Azərbaycanın qeyri-neft sahəsi üzrə ixracına töhfəsini artıracaq.
- Sumqayıtda qazla təchizatda problem var idimi?
- Xeyr, Sumqayıt qazla 100 faiz təchiz olunur. Ancaq bəzi yerlərdə təzyiq bəzən aşağı olub. Seçicilərimizlə görüşlərdə bu məsələ bir neçə dəfə qaldırılıb. Yəqin ki, yeni xəttin istifadəyə verilməsi ilə bu problem də həllini tapacaq.
Ümumiyyətlə, Sumqayıtda başlıca infrastruktur məsələləri həllini tapır. Müasir, yeni qurulan Sumqayıt bulvarı, yeni inzibati binalar, parklar, xiyabanlar şəhərə gözəllik verir, dam örtükləri yenilənib, bu vaxtadək 100 binanın dam örtüyü təmir olunub, bu il isə daha 190 binada yenilənmə ilə bu proses uğurla başa çatacaq. Lift sistemi yenilənib, yollar abadlaşdırılır, asfalt örtükləri yenilənir. Nəqliyyat infrastrukturu tamamilə yenilənib, yeni avtobuslar alınaraq xəttə buraxılıb. İndi sahibkarlardan gözlənti odur ki, şəhər nəqliyyatında kart sistemi tətbiq olunsun. Bu, həm şəffaflığı artıracaq, həm də nizam-intizam yaradacaq.
- Bəs daha hansı infrastuktur yeniliklərinə ehtiyac var?
- Bəli, şəhər böyüyür, əhali artır, müəssisələr, iş yerləri artır. Bu şəhərin yükünü də artırır və infrastuktur bu yükə uyğunlaşdırılmalıdır. və deməliyik ki, yeni tələblərə adaptiv addımlar atılır. Sumqayıtlıların həllini gözlədiyi iki məsələni qeyd etmək istərdim. Birincisi, "Acı dərə" kanalı ilə bağlıdır. Ceyranbatandan başlayan bu kanal Sumqayıtın içərisində axıb keçir və müəyyən bir ərazidə kanal açıq vəziyyətdədir, bəzi ərazilərdən çirkab sular bu kanala axmağa davam edir. Doğrudur, onun bir hissəsi boruya salındı, amma proses tam olaraq başa çatmadı. Ümid edək ki, yaxın gələcəkdə bu kanalın boruya salınması investisiya layihələrinə salınacaq və bu problem müsbət həllini tapacaq.
İkinci məsələ, məişət tullantılarının emalı zavodunun qurulması ilə bağlıdır. Xüsusilə bu emal zavodu ən müasir texnologiyalara cavab verərək istilik və elektrik enerjisinin alınmasına xidmət etməlidir. Məsələn İsveç kimi ölkədə tullantıları emal edən müəssisələr ölkənin 16% istilik enerjisini, 2% yaxın isə eləktrik enerjisini təmin edir. Bu təcrübə bir çox inkişaf etmiş ölkələrdə mövcuddur. Çox yaxşı olardı ki, belə bir zavodun tikilməsi də gələcəkdə nəzərdə tutulsun.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ABŞ şirkətləri neft saxlamağa yer axtarır
Yeni oyun: havayı neft “sürprizi” qapıda
Əli Əsədov nazirləri topladı
SOCAR və Sumqayıt Texnologiyalar Parkının birgə müəssisəsi yaradıldı
Mehdiabadda səkilər zəbt olunub, piyadalar yolda qalıb — jurnalistin çəkilişinə niyə maneçilik yaradıldı?
Bir Şəhid Anasın illərdir qəlbində yaşatdığı arzu
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ölkədə qadın və kişilərin orta boyu və çəkisi açıqlanıb
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
Prezident və ailə üzvləri sərgidə - GÖRÜNTÜLƏR
Bu gün Şəhid İsmayıl Məmmədovun 25 yaşı tamam olardı – Vətənə fəda olan ömür
Milli Məclisin plenar iclası başladı
İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib (FOTO)
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub
Pensiya kapitalının 30 faizi vərəsələrə ödənilə bilər - YENİ AÇIQLAMA
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Prezident yeni Komissiya yaratdı - SƏRƏNCAM
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bütün növ əmək pensiyaları artacaq
Oktyabr ayının Cavid xatirələri
Xətaidəki qətllə bağlı 11 nəfər HƏBS EDİLDİ
Azərbaycanlıların olduğu gəmi batdı - ölən və itkin düşənlər var
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
“20 Sentyabr” stansiyası istifadəyə verilir - TARİX AÇIQLANDI
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib (FOTO)
Deputatlar bu gün 12 məsələni müzakirə edəcəklər
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
Təhsilə ayrılacaq 5 milyarddan çox vəsait hara xərclənəcək? - CƏDVƏL
Bu gün Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
Əli Əsədov nazirliklə bağlı qərar imzaladı
Azərbaycana gələn turistlərin sayı azalıb
Darçınlı su orqanizminizdə bunları dəyişəcək
Azərbaycan nefti bahalaşıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI
Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür
Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır
Çempionlar Liqasında bugünkü OYUNLAR
Azərbaycanda bəzi dərmanların qiyməti uculaşacaq
Vüqar Qurbanovun bıçaqlanan vəzifəli qohumunun son durumu açıqlandı
1800-ə yaxın azərbaycanlı ölümündən sonra orqanlarını bağışlayacaq
Ürəyinizə yaxşı baxın
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Trampın seçkidə uduza bilər
Prezidentlikdən əvvəl və sonra Nobel qazanan dövlət başçıları