sedanews.az
sedanews.az

YAP müsabiqə elan etdi

5-09-2022, 15:01 245 dəfə baxılıb


   Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsi elan edilib.
   Bu barədə Axar.az-a partiyadan məlumat verilib.
   Bildirilib ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin müasir çağırışlara və milli maraqlara əsaslanan siyasətinin, qalib xalqın Zəfər partiyası olan Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolunun araşdırılması və təbliğ edilməsi, jurnalistlərin yaradıcı əməyinin qiymətləndirilməsi.
   Müsabiqənin mövzuları aşağıdakılardır:
1. Heydər Əliyev ideyaları – yeni Azərbaycanın dövlətçilik irsi
2.Yeni Azərbaycan Partiyası – Müzəffər Liderlə yeni zəfərlərə doğru
3.Yeni Azərbaycan Partiyasının VII Qurultayı: yeni mərhələ, yeni hədəflər
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
   Müsabiqəyə təqdim olunan yazılara aid tələblər bunlardır:
1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzulara uyğun olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
   Yazıların qəbulu qaydaları isə aşağıdakı kimidir:
1. Yazının dərc olunduğu mətbuat orqanı (çap varinatı) - 1 nüsxə
2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)
   Müsabiqədə iştirak etmək istəyən şəxslərdən tələb olunan sənədlər bunlardır:
1.Şəxsiyyət vəsiqəsinin sürəti
2.Jurnalist vəsiqəsinin sürəti
3.Şəxsi bank rekvizitləri (hesabın aktiv olması təsdiqlənməlidir)
  Qiymətləndirmə meyarları belədir:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq dərəcəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqədə iştirak etmək üçün sənədlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim edilməlidir.
Müsabiqədə I yerin (bir) sahibinə 700, II yerə (iki) 500, III yeri (üç) tutana isə 300 manat manat mükafat veriləcək.
Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu oktyabrın 7-si saat 18:00-dək davam edəcək.
Əlaqə telefonları: 012 490 80 33 / 077 440 02 00
Elektron ünvan: yapmetbuat@mail.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA