sedanews.az
sedanews.az

“Azəriqaz”: Sayğacların üzərinə "ödənişsizdir" etiketi vurulacaq

24-02-2023, 11:39 390 dəfə baxılıb

  "Son vaxtlar vətəndaşlardan çoxsaylı şikayətlər daxi olur ki, podratçı şirkətlər qaz sayğaclarının quraşdırılmasına görə, 243, 262 manat məbləğində pul istəyirlər".
  REAL xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, dəfələrlə məlumat verilib ki, “Azəriqaz” əhali kateqoriyasından olan abonentlərə sayğacları ödənişsiz təqdim edir.
  "Bu, vətəndaşların hüquqlarını bilməməsindən irəli gəlir. Bir daha bəyan edirik ki, "Azəriqaz" İB istehlakçılara satılan qazın qiymətindən başqa heç bir xidmətə görə ödəniş almır. Podratçılar abonentlərdən sayğaclara görə, öğdəniş tələb edirlərsə, rəsmi sənəd tələb etsinlər. Rəhbərlik tərəfindən artıq qərar verilib. Sayğacların üzərinə "sayğaclar ödənişsizdir" etiketi yapışdıracağıq. Vətəndaşları hansısa şirkətlərin bu cür tələblərinə inanmamağa çağırırıq", - Eldəniz Vəliyev qeyd edib.
  E. Vəliyev əlavə edib ki, rəhbərlik səviyyəsində alınan qərara əsasən, yaxın vaxtlarda sayğacların üzərinə "ödənişsizdir" sözləri yazılan etiketlər vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA